SON XƏBƏR

Akademik Cəlal Əliyevlə vida mərasiminin keçiriləcəyi yer məlum oldu

Fevral 01
10:37 2016
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib.
 
AMEA-dan "Report"a verilən məlumata görə, akademik uzun sürən xəstəlikdən sonra 87 yaşında evində vəfat edib. C.Əliyevlə vida mərasimi bu gün saat 14.00-da AMEA-nın əsas binasında olacaq. Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanılıb.
 
C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib.
 
1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook