Akademik Arif Paşayev BMA-nın “Fəxri Qızıl Nişanı” və Diplomu ilə təltif olunub
Oktyabr 07
12:03
2016
Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik
Akademiyasının (BMA) "Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
Bu barədə Trend Azərbaycan Milli Elmlər Akademiyasına istinadən məlumat verir.
Akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.
Qlobal.az



