SON XƏBƏR

“Çağırışa əməl etməyənlər nəticəsini görəcəklər” - Ərdoğanın baş müşaviri

Fevral 28
01:10 2025
"Türkiyə üçün yeni dövr başlayır”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum sosial şəbəkədəki paylaşımında yazıb.

O, Abdulla Öcalanın həbsxanadakı çağırışını Ərdoğan və MHP sədri Dövlət Baxçalının müəyyən etdiyi təşəbbüs çərçivəsində olduğunu bildirib.Baş müşavir bildirib ki, çağırışda iki millət, iki rəsmi dil, muxtariyyət və federasiya tələbləri rədd edilib:

"Terrorsuz Türkiyə məqsədinə addım-addım nail olunur. Əvvəldən Öcalanın bəyanatı Prezident Ərdoğan və cənab Baxçalının ifadə etdiyi Dövlət Təşəbbüsünün tərtib etdiyi çərçivə və məzmuna uyğun idi. Bəyanatda mahiyyətcə deyilir ki, kimlik problemi qalmadı, inkar bitdi, iki millət, iki rəsmi dil, iki vətəndaşlıq, muxtariyyət tələbi, federasiya tələbi yoxdur.

Demokratik dövlət müdafiə olundu. Türkiyədə inkar və rədd əsasında dilə gətirilən daxili kürd probleminin həll olunduğu, məsələnin demokratiya, dövlət və cəmiyyətə inteqrasiya, demokratiyanın inkişaf etdirilməsi olduğu vurğulanıb. Aydın bir dillə bildirildi ki, bütün qruplar silahı yerə qoymalı, terror təşkilatı özünü məhv etməlidir. Bu o deməkdir ki, Türkiyəni parçalamaq məqsədi daşıyan və imperialist bir layihə olan terrorla Türkiyəyə yüklənən xarici kürd problemi də terrorun tam ortadan qalxması ilə sona çatacaq. Bu çağırışın nə dərəcədə yerinə yetiriləcəyi artıq əməli məsələdir və əməl etməyənlər bunun nəticəsini görəcəklər. Bu çağırışdan əvvəl müxtəlif üsullarla çağırışı və yeni dövrü təxribata, zəhərləməyə çalışanların nə qədər böyük təxribat olduğu açıq-aydın görünürdü. Uğur qazana bilmədilər, gələcəkdə də bacarmayacaqlar.

Danışıqsız, qeyd-şərtsiz çağırış olacağı deyilirdi və belə də oldu. Artıq Türkiyə üçün yeni bir dövr başlayır. Bundan sonra demokratiyanı daha da inkişaf etdirmək və gücləndirmək hər kəsin tələbi və məsuliyyəti olduğu halda, Türkiyənin müstəqilliyini, coğrafi bütövlüyünü və siyasi birliyini qorumaq da hər kəsin borcudur. Heç kimin kənara çəkilməyə, uzaq durmağa, qarşı çıxmağa bəhanəsi qalmayıb. Biz hamımız birlikdə Türkiyəyik, bunu hər sahədə 86 milyonluq bir güc kimi göstərməliyik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook