Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban

İyul 15
09:30
2025
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Ukraynada aparılan məcburi səfərbərlik siyasətinə qarşı çıxmağa çağırıb.
"Biz Brüsselin qapısını döyürük və tələb edirik ki, Ukraynada məcburi hərbi səfərbərliyə qarşı mövqe bildirilsin", – deyə Orban vurğulayıb.
APA xəbər verir ki, o, bu fikri "Magyar Nemzet" qəzetinə verdiyi açıqlamada səsləndirib.