SON XƏBƏR

Aİ Ukrayna üçün bir milyon mərmi tapa bilmir

Mart 14
11:04 2023
Kiyevə əlavə sursatla dəstək verməyə razılaşan Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını təcili şəkildə ödəmək üçün yol axtarır. 

Qaynarinfo xəbər verir ki, Bloomberg-ə müzakirələrdən xəbərdar olan mənbələr bildiriblər ki, İttifaq bu il Kiyev üçün lazım olan 155 mm-lik mərmiləri çatdırmaqda çətinlik çəkir.

Daha əvvəl Kiyev 2023-cü ildə bir milyon mərmi lazım olacağını bildirib. Estoniya hakimiyyət orqanları açıqlayıblar ki, təcili sursatın tədarükü 4 milyard avroya başa gələcək. Tələb olunan həcmləri təmin etmək üçün təcili olaraq istehsal gücünün artmasına sərmayə qoymağı təklif edən Tallin bir ay əvvəl bu problemi gündəmə gətirib.

Estoniya hakimiyyət orqanlarının hesablamalarına görə, Ukrayna ayda orta hesabla 60.000-210.000 mərmi istifadə edir, lakin Avropa müdafiə sənayesi eyni vaxtda yalnız 25.000-ə qədər mərmi istehsal edə bilir. Rusiya hərbçiləri gündə 20-60 min mərmidən istifadə edir. 

Aİ-yə üzv ölkələrin nümayəndələri bu il mərmilərin alınması üçün nə qədər vəsait ayırmağa hazır olduqlarını və bu cür vəsaitlərin necə təşkil olunacağını hələlik dəqiqləşdirməyiblər. Bəzi Aİ üzvləri hər bir dövlətin iqtisadiyyatının ölçüsünə mütənasib olaraq məcburi töhfələr yaratmaq, bəziləri isə könüllü töhfələr vermək istəyir.

Martın əvvəlində Avropanın müdafiə nazirləri Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrelin Ukraynanı Avropa Sülh dəstəyi mexanizmindən mövcud ehtiyatlardan bir milyard avroluq döyüş sursatı ilə təmin etmək təklifini dəstəkləyiblər. Borrel bildirib ki, daha bir milyard avro mərmilərin birgə alınması üçün istifadə oluna bilər, lakin əlavə vəsait Aİ üzvləri tərəfindən razılaşdırılmalıdır. 

Gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin görüşündə maliyyə məsələsi, eləcə də tədarük üçün sursatın miqdarı ilə bağlı razılaşmanın müzakirə ediləcəyi gözlənilir. Eyni məsələ blok liderlərinin Brüsseldə keçiriləcək sammitində də gündəliyə salınacaq.

Agentliyin həmsöhbəti hesab edir ki, təcili çatdırılma üçün hansı həcmdə döyüş sursatının mövcud olduğu və onların kifayət qədər olub-olmayacağı hələ aydın deyil. O, danışıqların kifayət qədər tez keçə bilməyəcəyindən də ehtiyat edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook