Aİ Rusiyaya qarşı dezinformasiya ilə bağlı ilk sanksiyaları hazırlayır - "Bloomberg"
Dekabr 14
13:09
2024
Avropa İttifaqı Rusiyanın dezinformasiya əməliyyatları və digər hibrid fəaliyyətləri ilə bağlı daha ondan çox fiziki şəxs və üç hüquqi şəxsə qarşı ilk sanksiyalar paketini təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumatına yayıb.
Təklif olunan sanksiyalar Rusiya kəşfiyyatının bir neçə əməkdaşını, dövlət məmurlarını və media biznesi ilə məşğul olan şəxsləri əhatə edəcək.
"Bloomberg" yazır: "Bu məhdudiyyətlər bu ilin əvvəlində təsdiqlənmiş, dezinformasiya əməliyyatları və Rusiya tərəfindən dünyada həyata keçirilən digər destabilizasiya fəaliyyətlərinə yönəlmiş yeni sanksiyalar rejiminin bir hissəsidir".
Bundan əlavə, Belarusla bağlı yeni sanksiyalar da təklif olunub. Bunlar, insan hüquqlarını pozmaqda və ya özlərini Aleksandr Lukaşenkonun rejimi ilə əlaqələrindən maddi mənfəət əldə etməkdə ittiham olunan təxminən iyirmi nəfəri əhatə edir.
Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə baş tutacaq görüşdə bu sanksiyalar paketlərini təsdiqləməyi planlaşdırırlar. Görüş, gələn ay, Belarusda keçiriləcək seçkilər öncəsi baş tutur.
Eyni zamanda, Aİ Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzünə görə artıq 15-ci sanksiyalar paketini razılaşdırıb. Yeni məhdudiyyətlər Rusiya neftinin gizli daşınmasında iştirak edən 45-dən çox neft tankerinə və Moskvaya zərbə dronlarının hazırlanmasında yardım etməkdə ittiham olunan bir neçə Çin şirkətinə qarşı yönəlib.
Bloomberg qeyd edir ki, bu sanksiyalar Aİ-nin bütün üzv ölkələrinin dəstəyini tələb edir və son forması təsdiqlənməzdən əvvəl dəyişdirilə bilər.