SON XƏBƏR

Aİ ölkələri Kiyevə silah üçün pul ayrılması mövzusunda razılığa gələ bilməyib

İyul 23
08:43 2024
Avropa İttifaqı ölkələri Avropa Sülh Fondundan Kiyevə silah üçün pulun ayrılması ilə bağlı razılığa gələ bilməyib, Macarıstan vetonu ləğv etməkdən imtina edib.

APA verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell təşkilatın XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında jurnalistlərə bildirib.

"Bu vəsaitlər bir ölkə tərəfindən bloklanır. Bu utancvericidir. Bu, Ukraynanın silah almasına mane olmur. Bu pullar artıq silahlarını Ukraynaya ötürən Aİ ölkələrinə getməli idi. Aİ ölkələri artıq təhvil verilmiş silahlara görə təzminat almayacaq. Bu o deməkdir ki, onların gələcəkdə bu prosesi davam etdirməyə həvəsi az olacaq”, - Borrell vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook