Aİ Ermənistanı və Azərbaycanı hərbi ritorikadan və gərginlikdən uzaq durmağa çağırıb
Noyabr 11
14:40
2022
Avropa İttifaqı (Aİ) Qarabağda atəşkəsin ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanata deyilir ki, Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini davam etdirəcək.
Bəyanatda qeyd edilir ki, Aİ Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq və regionda davamlı və dayanıqlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır.
"Aİ onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda dayanıqlı iştirakını yüksək qiymətləndirir. Bu danışıqların çətin olduğu və vaxt tələb edəcəyi aydın olsa da, anı itirməmək, irəliyə doğru konkret addımlar barədə razılığa gəlmək və regionda bütün əhalinin rifahı üçün təhlükəsiz və firavan mühiti təmin etmək çox vacibdir. Hələ də kövrək bir mühitdə, son 30 ilin yaralarının sağalmaqdan çox uzağa getdiyi bir şəraitdə Aİ tərəfləri ritorikalarını mülayimləşdirməyə və bir-birlərinə qarşı təhdid və iddialardan çəkinməklə, gərginliyin hər hansı lüzumsuz artmasının qarşısını almağa çağırır”, – deyə Aİ-nin Ali Nümayəndəsinin sözçüsünün adından yayılmış bəyanatda deyilir.



