SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

Aİ də Ukraynaya faydalı qazıntılar üzrə öz razılaşmasını təklif etdi - Avrokomisar

Fevral 25
12:06 2025
Avropa Komissiyasının sənaye strategiyası üzrə komissarı Stefan Sejourne 24 fevralda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birlikdə Kiyevə səfəri zamanı Ukraynanın kritik mineralları ilə bağlı qarşılıqlı faydalı razılaşma təklif edib.

Qaynarinfo bu barədə Eurointegration.com-a istinadla xəbər verir.

"Avropanın ehtiyac duyduğu 30 kritik materialdan 21-i Ukrayna tərəfindən qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində təmin edilə bilər. Avropanın təklif etdiyi əlavə dəyər ondadır ki, biz heç vaxt qarşılıqlı faydalı olmayan bir razılaşmanı tələb etməyəcəyik", - Sejournen deyib.

Məlum olduğu kimi, Ukraynanın manqan, titan, qrafit və litium da daxil olmaqla faydalı qazıntı ehtiyatları Kiyev və Vaşinqton arasında gərgin danışıqların mövzusu olub.

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinə yardım göstərdiklərinə görə ABŞ-ın "öz pullarını geri qaytarmağa" haqqı olduğunu israr edir.

24 fevralda Donald Tramp bildirib ki, Ukraynanın faydalı qazıntılarından istifadə ilə bağlı sazişi imzalamaq üçün bu və ya gələn həftə Ağ Evdə Vladimir Zelenski ilə görüşməyə hazırdır.

Həmin gün Ukraynanın baş nazirinin müavini Olqa Stefanışina Ukrayna və ABŞ komandalarının Ukraynanın faydalı qazıntıları ilə bağlı saziş üzrə danışıqların son mərhələsində olduğunu açıqlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski isə 23 fevral tarixində keçirdiyi mətbuat konfransında ABŞ tərəfi ilə Ukraynanın təbii resurslarından istifadəyə dair sazişə konkret təhlükəsizlik zəmanətlərinin daxil edilməsinin vacib olduğunu bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook