SON XƏBƏR

Aİ Brüssel terrorunu qınadı

Mart 23
12:50 2016
Avropa İttifaqı dövlət və hökumət rəhbərləri Brüsseldə törədilən terror hücumları ilə bağlı ortaq açıqlama yayıb.
 
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı üzvləri Brüsseldə təşkil olunan bombalı hücumu qınayaraq, terrorla mübarizədə həmrəylik mesajı veriblər.
 
Açıqlamada "Belçika ilə birlikdə olduğumuzu vurğulayıb, terror təhdidlərinə qarşı birlikdə mübarizə aparacağımızı bildiririk” sözləri yer alıb.
 
Aİ rəsmisi Donald Tusk tərəfindən yayımlanan mesajda bu ifadələr yer alıb: "Bu, açıq, demokratik cəmiyyətimizə qarşı törədilmiş bir hücumdur".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook