Aİ Azərbaycanla Ermənistan arasında birbaşa təmasları və əlaqəni dəstəkləyib
Aprel 12
04:38
2022
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bu gün baş tutan telefon danışığını müsbət qiymətləndirib.
"Report” xəbər verir ki, Toyvo Klaar bu barədə özünün tviter hesabında yazıb.
"Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, – Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sosial şəbəkə hesabında yazıb.
O, həmçinin Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri ilə danışığəna dair tviter paylaşımını da paylaşıb.



