Aİ ABŞ-ı İrana qarşı neft sanksiyalarını ləğv etməyə çağırdı
May 03
10:23
2019
Avropa İttifaqı (Aİ) ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyalarının qüvvəyə minməsindən narahatdır.
Trend-in verdiyi məlumata görə, bunu Aİ-nın iqlim məsələləri üzrə Komissarı Migel Arias Lanyete deyib.
Onun sözlərinə görə, İran neftinin idxalına tətbiq edilən embarqo Tehranla nüvə proqramı üzrə sazişin qorunub saxlanılması üçün təhlükə yaradır.