Ahmet Kayanın xanımından Sərdara Ortaca cavab
Noyabr 27
17:10
2015
"Ahmet Kayanın albomundan səsimə uyğun gələn mahnı olsa, oxuya bilərəm” açıqlamasını verən Sərdar Ortaça sənətçinin xanımı Gültən Kayadan cavab gecikməyib.
Qlobalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1999-cu ildə mükafatlandırma mərasimi zamanı səhnəyə çıxan Ahmet Kayaya kürdcə mahnı oxuduğu üçün çəngəl-bıçaq atanlar arasında olan Sərdar peşmanlığını dilə gətirib.
"Keçmişdə etdiklərimə görə peşman olduğumu dəfələrlə söyləmişəm. Bugünkü ağlım olsaydı, heç vaxt elə bir şey etməzdim” deyən S.Ortaçın açıqlamalarına Gültən Kayanın reaksiyası belə olub:
"Çox xahiş edirəm, məni buna görə narahat etməyin. Dünyada nələr baş verir. Məni belə şeylərlə yormayın. Bu mövzular heç gündəmim belə ola bilməz”.



