Agentliyin Aparat rəhbərinin oğlu məhkəmədə söyüş söydü, hakim əsəbiləşdi - FOTO
Dekabr 01
13:04
2023
Bu ilin yayında istirahət mərkəzlərindən birində baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.
"Qafqazinfo”nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qismində tanınmış Elnur Məmmədov ifadə verib.
E.Məmmədov eyni dava ilə bağlı həm də təqsirləndirilən şəxsdir. Lakin o və axtarışda olan bir neçə nəfərin işi ayrıca icraata götürülüb, hələlik ibtidai istintaq mərhələsindədir. Ondan başqa bu iş üzrə Cavad Muradov da həm təqsirləndirilən, həm də zərərçəkmişdir.
Fotoda Elnur Məmmədov
Bəhs edilən iş üzrə 4 nəfər - Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə. müttəhim kürsüsündə əyləşiblər. Onlardan yalnız M.Ə. həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib.
Bundan əvvəl Elnur məhkəmədən yayınıb və vəkillər buna etiraz ediblər. E.Məmmədov bu gün məhkəməyə gəlib, sərbəst ifadə verib.
Zərərçəkmiş deyib ki, müttəhimlərdən yalnız Elmir İsmayılovu tanıyır. Onunla davadan əvvəl bir neçə dəfə birlikdə yeyib-içiblər:
"Həmin gün istirahət mərkəzində konsert var idi. Qohumum Vüqar Tağıyev və Cavad Muradovla restoranda eyni masada əyləşmişdik. Vüqarla Elmir tanış idilər. Ona görə, Elmir əlində içki ilə bizim masaya gəldi. Tam yadımda deyil necə oldu, amma aramızda mübahisə yarandı. Elmir də, mən də çox içkili idik. Sonra mübahisə böyüdü, çölə çıxdıq. O məni, mən də onu vurdum. Kütləvi dava düşdü. Bilmədim kim-kimi vurdu. Əynimdə ağ köynək var idi, dava vaxtı cırıldı”.
Elnur Məmmədovun əksər suallara "bilmirəm”, "xatırlamıram” kimi cavablar verməsi hakimi özündən çıxarıb:
"Sizə xəbərdarlıq etdim ki, yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Burada 4 nəfər cinayətdə təqsirləndirilir. Siz də zərərçəkmiş kimi tanınmısınız. İndi gəlib deyirsiniz ki, xatırlamıram. Onda belə çıxır ki, bu adamlara əsassız ittiham verilib?!”
İttihamda yazılıb ki, Elnur Məmmədov hadisə vaxtı huşunu itirib. Məhkəmədə vəkilin eyni sualına cavab verərkən isə huşunu itirmədiyini bildirib.
Müdafiə tərəfini maraqlandıran məsələlərdən biri Elnurla Elmirin hadisədən sonra görüşüb barışıq əldə etmələri, bir neçə saat sonra isə Elnurun gedib polisə şikayət etməsi olub.
"Görüşdən sonra polisdən zəng etdilər. Dedilər dava videoya düşüb. Mən də hadisənin necə baş verdiyini dedim. Bu iki içkili adam arasında olan münaqişə idi. Ortada bir şikayət də yoxdur. Burada böyüdüləsi nə var ki?” - deyə E.Məmmədov bildirib.
Əvvəlki iclasda ifadə verən şahidlərin dediyinə görə, həmin gün Elnur Elmirin maşınının qarşısını kəsərək yerə düşürüb. Bu vaxt o, Elmirə yumruqla zərbələr endirib. Həmin vaxt Elmirin "Range Rover” markalı avtomobili də yararsız hala salınıb.
Elnurun son deyilənlərin yalan olduğunu deməsi şüşə qəfəsdə əyləşən Elmiri əsəbiləşdirib:
"Məni maşından düşürüb vurmamısan? Mən sənə görə 6 aydır günahsız yerə həbsdə yatıram. Düzünü danış”.
Elmir İsmayılovun vəkili Elnurun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib. Vəkil deyib ki, bundan əvvəl təqsirləndirilən şəxslərin hər birinin əvvəlki ifadəsi elan olunub. Buna görə də zərərçəkmişin də ifadəsi elan olunmalıdır. Hamıya maraqlıdır ki, niyə görə Elnurun işi ayrıca aparılır.
Prosesin davamında təqsirləndirilən şəxslərdən 3-ü sərbəst ifadə verib. Elmir İsmayılov ifadəsində deyib ki, hadisə günü Elnur Məmmədov dostları ilə birgə onu əyləşdiyi masadan kənara çağırıblar. Bu vaxt onlar arasında mübahisə yaranıb, onu döyməyə başlayıblar:
"Hadisə parklama yerində baş verdi. Mənə söyüş söyən də o idi. Amma mən cavab qaytarmadım. Hisslərimi içimdə boğdum. Elnur dostları ilə birgə üstümə hücum etdi. Bir neçə nəfər idilər. Davanı Elnur başlatdı. Üstündən bir az keçəndən sonra qardaşıma zəng etdim ki, gəlin məni götürün. Mən uşaqları ora davaya çağırmamışdım. Səhəri gün Elnur məni görüşə çağırdı. Məndən üzr istədi. Ondan sonra eşitdim ki, gedib polisə şikayət edib”.
Prosesin davamında bu iş üzrə zərərçəkmiş Cavad Muradovun Elnur Məmmədova üz tutaraq - "hadisə gününün səhəri kafedə bir nəfərə demisən ki, davanın videosu yayılıb, gəlin kimisə qurban verək”, - deməsi Elnurun nalayiq şəkildə reaksiyasına səbəb olub.
O, elə bir söz demədiyini bildirib, məhkəmə zalında hər kəsin eşidəcəyi şəkildə həmin sözləri deyənin də ünvanına söyüş söyüb.
E.Məmmədovun iclas zalında söyüş söyməsinə hakim sərt reaksiya verib:
"Sən, deyəsən, buranı olduğun başqa yerlərlə səhv salmısan. Məhkəmə söyüş söymək yeri deyil”.
C.Muradov E.Məmmədovla üzləşməsində ondan hər şeyi necə var danışmasını istəyib:
"Kişi kimi danış, orada dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.
Fotoda Cavad Muradov
Cavad Muradov özünün təqsirsiz olduğunu, kiminsə badına gedib 6 aydır dustaq olduğunu bir daha məhkəmənin diqqətinə çatdırıb.
Bundan sonra digər müttəhimlər ifadə veriblər. Peyman Vəlizadə, Məhəmməd Həsənzadə eynilə danışıblar. Onların dediklərinə görə, hadisə günü Elmirin qardaşı Elgünlə birgə Mərdəkan qəsəbəsində bağda olublar. Elmirin zəngindən sonra Muradı da götürüb istirahət mərkəzinə gəliblər. Onlar restorana çatanda kütləvi dava olduğunu görüblər:
Növbəti iclas təqsirləndirilən yeniyetmənin ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Leysan Məmmədov 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifələrində çalışıb. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında çalışır, istirahət mərkəzindəki davanın iştirakçısı olan Elnur isə Vergilər Xidmətinin müfəttişidir.

Hakim - "əvvəlki ifadənin elanına zərurət yoxdur”, - deyərək vəsatəti təmin etməyib.
Leysan Məmmədov

"Mərkəzə çatanda Elmir qanın içində idi. Kütləvi dava gedirdi, amma Elmir içlərində yox idi. Elnur söyüş söyməsəydi, dava da olmazdı. Söyüşə görə də Elmirin qardaşı Elgün də davaya qarışdı. Biz bu işdə zərərçəkmişik, amma 6 aydır kiminsə sifarişi ilə həbsdə yatırıq”, - deyə təqsirləndirilən Vəlizadə söyləyib.

Qlobal.az