Agentlik rəisinin fövqəl gücü: Sökdürülən villasını yenidən tikdirib? (FOTO)
Dekabr 19
10:52
2020
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun həyat yoldaşının adına olan 2015-ci ildə prezidentin göstərişi ilə sökülən üçmərtəbəli villa ötən il yenidən dövlət reyestrinə salınıb.
Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb.
"2010-cu ildə tikilən, 2015-ci ildə prezidentin göstərişi ilə sökülən üçmərtəbəli villa 2019-cu ildə dövlət reyestrində qeydiyyata necə alınır?
Bu sualın cavabını Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov yaxşı bilir. Çünki həmin villa onun həyat yoldaşı Ləman Xanlarovanın adınadır"-deyə, jurnalist qeyd edib.
Qlobal.az olaraq onu da qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun Qəbələ rayonunun Bum kəndində də dəyəri milyonlarla ölçülən əzəmətli villasının olduğu deyilir.
Qarşı tərəf münasibət bildirə bilər.
Qlobal.az