Agentlik Almaniyada 31 avroya satılan nişanı 1840 manata alıb
Dekabr 29
08:22
2019
Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı haqda xəbər vermişdik. Həmin nişanların birinin büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gəlməsi isə şok effekti yaradıb. Belə ki, bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil.
Yenisabah.az məsələ ilə bağlı internet üzərindən qısa araşdırma aparıb və nəticədə ortaya şok reallıq çıxıb. Bəlli olur ki, Bakı Nəqliyyat Agentliyi bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə "alıb”.
Bildirək ki, dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də "MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır.
Qlobal.az






