Afət Həsənova Bülbülə qəsəbəsində seçicilərlə növbəti dəfə görüşdü - FOTO
Yanvar 30
20:08
2020
Fevral ayının 9-da ölkədə keçiriləcək parlament seçkisinə Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Əbil qızı Həsənovanın seçicilərlə görüşləri davam edir.
Qlobal.az xəbər verir ki, deputatlığa namizəd bu gün Bülbülə qəsəbəsinin Samir Əliyev küçəsində seçicilərlə növbəti dəfə görüşərək, onları narahat edən müxtəlif məsələlərlə maraqlanıb.
Səmimi atmosferdə keçən görüşdə Afət Həsənova seçicilərin ona etimad göstərəcəyi təqdirdə, yaxın gələcəkdə onları narahat edən bir sıra məsələlərin həlli istiqamətində çalışacağını, mütəmadi olaraq sakinlərlə görüşlər keçirəcəyini və onların problemlərini həmişə diqqət mərkəzində saxlayacağını bildirib.
Afət Həsənova daha sonra seçicilərə 9 fevral tarixində seçki məntəqələrinə gələrək Azərbaycanın daha da inkişaf etdirilməsi üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Seçicilər Afət Həsənova ilə görüşdən razı qaldıqlarını və 9 fevral tarixində onu dəstəkləyəcəklərini bildiriblər.