SON XƏBƏR

Adnan Əhmədzadə işində adı keçən Elnur Abdullayev kimdir? - Pərdə arxasında Azərbaycan mediasını idarə edən...

Noyabr 03
17:04 2025
Adnan Əhmədzadənin saxlanılmasından sonra onunla əlaqələri diqqət mərkəzinə gələn isimlərdən biri də Elnur Abdullayevdir...

Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları həbs edilən SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəisi, tanınmış iş adamı Adnan Əhmədzadənin saxlanılmasından sonra onunla əlaqələri diqqət mərkəzinə gələn isimlərdən biri də Elnur Abdullayevdir.

Fim.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən Elnur Abdullayevin həbs olunan oliqarxla adı daha çox media ilə bağlı səsləndirilir. Belə güman edilir ki, Elnur Abdullayev Adnan Əhmədzadənin media sahəsinə ayırdığı vəsaitlərin mənimsənilmlərində aktiv iştirak edən isimlərdən biridir.

Bəs Elnur Abdullayev kimdir?

Qeyd edək ki, Elnur Abdullayev Ziya Məmmədovun nazirliyi dönəmində "Nəqliyyatın İtellektual İdarəetmə Sistemi” və "Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli postlara rəhbərlik edib. Onun birdən birə "media patronuna” çevrilməsi də elə bundan sonra başlayıb. Azərbaycanda bir sıra saytları satın alan Elnur Abdullayev Türkiyədə "Haber Qlobal” telekanalını qurub və hazırda bu telekanala rəhbərlik edir. Amma buna baxmayaraq, Elnur Abdullayev pərdə arxasında Azərbaycan mediasını idarə edən əsas simalarından biri sayılır.

Xatırladaq ki, Elnur Abdullayevin rəhbərlik etdiyi "Global Media Group" 2017-ci ildən fəaliyyət göstərir. "Global Media Group" ölkədə fəaliyyət göstərən bir çox saytların "alqı-satqısında” iştirak edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook