Adil Qeybulla Tofiq Yaqublunun səhhətindən danışdı
Sentyabr 12
00:36
2020
"Tofiq Yaqublunu müayinə etdik. Təbii ki, bir həkim kimi ona aclığı dayandırmağı təklif etdim".
Bunu bu gün Müsavat partiyası sədrinin hazırda həbsdə olan sabiq müavini Tofiq Yaqublunu müayinə edən tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında deyib.
A.Qeybulla bildirib ki, T.Yaqublu aclıq aksiyasını isararla davam etdirmək istəyir:
Biz vəziyyəti izah etdik. Hər an hər şey ola bilər. Şəxsən ondan xahiş etdim ki, heç olmasa infuziya edək. Bir litr maye, bəzi vitaminlər köçürtdük. Bununla da proses yekunlaşdı. Tofiq bəy bunu nəzərə alsa, yaxşı olardı. Mən həkim kimi durumun ciddi olduğunu bir daha bəyan edirəm. Təşəkkür edirəm ki, məni bura buraxdılar. Tofiq Yaqublu ailəvi dostumdur, gəlib onu görə bildim. Mən bir ziyalı kimi Prezident İlham Əliyevdən xahiş edirəm ki, onun barəsindəki həbs qərarının dəyişdirilməsi məsələsinə baxılsın, onun müalicəsinin hansısa mülkü şəraitdə getməsi imkanı araşdırılsın və bu işdə bizə yardımçı olsun".



