Adil Kərimli Ülviyyə Nadirova ilə bağlı tədbir görəcəkmi?
Aprel 26
10:29
2023
Dövlət Təhlükəsizlik Ximətinin 2020-ci ilin may və 2022-ci ilin noyabr aylarında Mədəniyyət nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı aşkara çıxarılan korrupsiya maxinasiyaları cəmiyyətdə ciddi rezonans yaratdı. İllərdir dövlətin mədəniyyət sahəsinə ayırdığı yüz milyonlarla vəsaitin korrupsioner şəbəkə tərəfindən müxtəlif yollarla mənimsənilməsi faktı Mədəniyyət nazirləri Əbülfəs Qarayevlə, Anar Kərimovun vəzifələrindən qovulması ilə nəticələndi.
Hüquq mühafizə orqanlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər vəzifələrində qalmaqdadır.
Bir müddət sosial şəbəkələrdə Samux şəhər Uşaq Musiqi Məktəbində xeyli sayda "ölü canlar"ın olması və təsərrüfat, texniki, həmçinin pedoqoji heyətin bir qisminin məktəbə işə gəlmədiyi və onların maaş kartlarının Ülviyyə Nadirovada olması ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda iddia edilirdi ki, Ülviyyə Nadirova zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir. 22 ildir Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Ülviyyə Nadirovanın büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırtdığı iddia edilir. Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Hüquq mühafizə orqanlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər vəzifələrində qalmaqdadır.
AzFakt.com xəbər verir ki, belə şəxslərdən biridə Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Ülviyyə Nadirovadır.
Bildirək ki, Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirovanın Mədəniyyət Nazirliyinin rəhbər heyyətində güclü himayədarlarının olduğu deyilir. Məlumata görə Ülviyyə Nadirovanın əsas himayədarı bu ilin mart ayında Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilən Sevda Məmmədəliyeva olub.
Ülviyə Nadirovanın işdən çıxarılan nazir müavininə arxalnaraq Samux şəhər Uşaq Musiqi Məktəbini şəxsi obyekti kimi istifadə etdiyi deyilir.
Qeyd edək ki, Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir. Hansısa səbəblərdən bu illər ərzində bir dəfə də olsun Samux şəhər Uşaq Musiqi Məktəbində ciddi audit aparılmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qlobal.az