SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...

Fevral 19
16:30 2025
Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək...

Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka" sularının istehsalı ilə məşğul olan "Gədəbəy Mineral Suları” MMC-nin külli-miqdarda vergi borcunun olması bu şirkətin idarəetməsində korrupsiya elementlərinin olması barədə ehtimalları artırır.
AzFakt.com-un əldə etdiyi məlumata görə artıq bir sıra aidiyyatı dövlət qurumları ölkənin ən iri su istehsalçılarından biri olan "Gədəbəy Mineral Suları” MMC-nin dövlətə milyonlarla vergi borcu olduğuna görə qısa zamanda ciddi araşdırmalara başlayacaq.

Ölkənin ən dilbər guşəsindən olan Gədəbəy rayonunun dağlarında mineral tərkibi zəngin olan bulaqları istismar edərək böyük vəsaitlər qazanan şirkətin hansı səbəbə görə vergi borcunu ödəməməsi iqtisadçı ekspertlər arasında da müzakirə mövzusuna çevrilib.

Əldə etdiyimiz məlumata görə "Gədəbəy Mineral Suları” MMC-nin 8 milyon manata yaxın vergi borcunun yaranmasına əsas səbəb bu şirkətin rəhbərliyinin uğursuz iş mexanizmi və müxtəlif məzmunlu büdcədən israf edilən xərclər olub.

 

Belə ki, şirkət rəhbərliyi büdcədən mal və avadanlıqların alınmasına, cari təmir işlərinə xərclənən vəsaitləri şişirdib.

Eyni zamanda "Gədəbəy" və "Slavyanka" sularının reklamına da büdcədən külli-miqdarda vəsaitin silindiyi bildirilir.

Məlumata görə "Gədəbəy Mineral Suları” MMC-nin vəsaitlərinin talan edilməsi 2021-ci ildən başlayıb.

Qeyd edək ki, "Gədəbəy Mineral Suları” MMC-yə müxtəlif dövlərdə ayrı-ayrı şəxslər rəhbərlik edib. Şirkətə 2011-ci ildən başlayaraq müxtəlif dövrlərdə Cabbarov Rasim Əmir oğlu, Vəliyev İntiqam Şahmalı oğlu, Əliyev İlham Paşa oğlu, Əhmədov Rövşən Nurəddin oğlu və Əlizadə Füzuli Camalxan oğlu rəhbərlik edib.

2021-ci ilin aprel ayının 22-də "Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə Haqverdiyev Adil Fəxrəddin oğlu gətirilib.

2023-cü ilin oktyabr ayının 4-də şirkətin rəhbərliyində Haqverdiyev Adil Fəxrəddin oğlunu Fərzəliyev Ramil Calal oğlu əvəzləyib.

Ramil Fərzəliyev "Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətiriləndən qısa zaman sonra Adil Haqverdiyev yenidən "Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi olub.
 


Adil Haqverdiyev 2025-ci ilin əvvəlinə qədər bu vəzifədə çalışıb.

"Gədəbəy Mineral Suları” MMC-yə rəhbərlik etmiş digər şəxslərın hazırda hansı sahədə çalışdığı barədə məlumat əldə edə bilməsək də, 2021-ci ildən sonra şirkətə rəhbərlik edən Adil Haqverdiyevin hazırda "İstisu" şirkətinin rəhbəri olduğu deyilir.

Cari ilin əvvəlində Ramil Fərzəliyev yenidən "Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətirilib. Müxtəlif illərdə şirkətə rəhbərlik etmiş hər iki şəxsin aidiyyatı qurumlarda sorğulanacağı vurğulanır.

Xatırladaq ki, "Gədəbəy Mineral Suları” MMC-nin hazırda dövlətə 7.678.035 manat vergi borcu var.

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook