Adil Əliyevin federasiyasında nə baş verir? – Foto
Yanvar 07
15:16
2025
DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalova hücumun sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov olub. Bu səbəbdən o da saxlanılıb. Vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Bundan əlavə, Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. A.Əliyev Suraxanı rayonunun icra başçısıdır.
Tribunainfo.az bildirir ki, onun bu təyinatı məhz elə Adil Əliyev tərəfindən olmuşdu. İcra başçısının çevrəsində olan və öz xeyir-duası ilə vəzifəyə təyin etdiyi Ramil Aslanovun idmançıları bir nəfərin üstünə salması birmənalı qarşılanmayıb. Bu hadisənin icra başçısı Adil Əliyevin də imicinə mənfi xal kimi yazıldığı qeyd olunur.
Xatırladaq ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar.
Ramal Aslanov Əməkdar İdman Ustası, Azərbaycan Prezidenti mükafatçısıdır, 11 dəfə Azərbaycan çempionu, 2019-cu il WAKO Dünya Çempionu, FF (FAITH FIGHT) GRAND PRIX Dünya kəmərinin sahibidir (2016-2018).