SON XƏBƏR

ADAU-da nələr baş verir? - Rektorluq kürsüsü uğrunda müharizə “pik nöqtə”yə çatır

Yanvar 05
18:04 2023
2022-ci il sentyabrın 6-da  Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) rektoru vəzifəsindən azad olundu. 2022-ci ilin tədris ili başlamazdan öncə bu ali təhsil müəssisəsinin rektoru işindən azad olunsa da, o, həmin vaxta qədər çoxsaylı problemlərini aradan qaldıra bilməyən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna direktor təyin olundu. Təbii ki, ilk növbədə belə bir təyinat geniş çevrənin daha çox müzakirə etdiyi məsələlərdən biri oldu. Xatırladaq ki, professor İbrahim Cəfərov hər il tələbələrin iştirakı ilə keçirilən müsabiqələrdə "İlin rektoru” fəxri adının qalibi sayılırdı. Qeyd edək ki, bu şəxs 2013-cü ildən bu ali təhsil ocağında bir çox məsul vəzifələrdə, son olaraq rektor vəzifəsini daşıdı. 

Hazırda ADAU-da rektor vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə kimsə təyin olunmayıb və belə bir səbəbdəndir ki, bu gün rektor kürsüsü uğrunda qızğın mübarizə gedir desək, heç də yanılmarıq. Hələlik bu vəzifəyə sahib olmaq uğrunda aparılan mübarizədə əsas pilləni Əhməd Məlikovun tutduğu söylənilir. Amma, bir nüansı unutmaq olmaz ki, rektor vəzifəsi ilə bağlı təyinatı hansısa vəzifə sahibi deyil, birbaşa Prezident elan edir. 



ADAU-da rektorluğa namizədlərdən biri, Əhməd Qulu oğlu Məlikovun kimliyini araşdıraq və bu şəxs barədə əldə olunan məlumatları geniş ictimaiyyətin diqqətinə çatdıraq.  Qeyd edək ki, ADAU-da prorektor kürsüsünə sonuncu, yəni Tədris İşləri üzrə prorektor vəzifəsinə təyinat alan Əhməd Məlikovdur. Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə təyin olunan Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində çalışıb və hazırda o, texnika elmləri doktoru, dosentdir. Bu şəxs , yəni Əhməd Məlikov, Azərbaycan Texnologiya Universitetində müvəqqəti əmrlə rektor, daha dəqiq desək, 11 il rektor əvəzi vəzifəni daşıyan Telman Məlikovun qardaşıdır. Əhməd Məlikovun belə bir  vəzifəyə təyin olunmasında əsas təşəbbüskarın, İqtisadiyyat naziri Mikayıl Cabbarovun 1-ci müavini, hətta qohumu olduğu bildirilən Elnur Aydın oğlu Əliyevin böyük rol oynadığı iddia olunur. ADAU-da sonuncu prorektor təyinatı alan Əhməd Məlikov olsada rektorluğa birinci iddialı şəxs sayılır. Qeyd edək ki, İbrahim Cəfərovdan sonra İnam Kərimovun verdiyi tapşırıq əsasında bu Universitetdə prorektorlar dəyişdirilsə də,  hələlik təsərrüfat işləri üzrə rektor müavini vəzifəsi boş qalmaqdadır. Unutmaq olmaz ki, Əhməd Məlikov yeni təyinatı alan prorektorlar arasında sonuncu olsa da, o, bugünkü reytinqi ilə öndədir.  Çünki, bundan öncə qeyd etdiyimiz kimi, bu şəxsin yaxın qohumu olan Elnur Əliyev, Əhməd Məlikovun qardaşı Telman Məlikovun kürəkənidir. Bundan əlavə Mikayıl Cabbarovun birinci müavini və qohumu olan Elnur Əliyev həm də,  2000-2003-cü illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan, daha sonra isə işində qol qoyduğu nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılan Eyvaz Babayevin də bacısı oğludur. 



Qayıdaq növbəti namizədlərə. İbrahim Cəfərovdan sonra kənd təssərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə vəzifəyə təyin olunanlar ümumi işlər üzrə prorektor və bu gün rektor vəzifəsini icra edən Zəfər Qurbanovdur.Bəs Zəfər Qurbanov kimdir? Bakı Ali Neft Məktəbindən ADAU-ya transfer olunan Zəfər Qurbanov texnika elmləri namizədi, dosentdir. Əldə olunan məlumatlardan o da bəlli olur ki, bu şəxs kənd təsərrüfatı naziri İnam Kərimovun komandasının üzvlərindəndir.  Daha bir məlumatda isə bu şəxsin nazirin müavini  olan Sarvan Cəfərovun yaxın quhumu olduğu bildirilir. ADAU-ya İbrahim Cəfərovun zamanında təyinat alan Azad İbrahimovun,  elmi işlər üzrə prorektor vəzifəsinə təyinat alması da sensasiya doğuran məsələlərdəndir. Əldə etdiyimiz məlumatlara görə bir neçə il bundan öncə ADAU-dan BMTBETİ-yə direktor təyinatı alan Azad İbrahimov, adı çəkilən bu təhsil ocağında heç cür baş çıxara bilmir. Hər zaman əsəbi olması və idarəçiliyində bir çox olaylarla məhşur olan , hətta sabiq nazir Heydər Əsədovun zamanında nazir müavini  vəzifəsini daşıyan Seyfəddin Talıbovun köməkliyi sayəsində,  adı çəkilən bu təhsil müəssisəsinə direktor təyin olunan İbrahimov, hər kəsin yaddaşında elmi-tədqiqat institunun elmi işçilərinə, öz şəxsi sahələrinə pomidor şitili vurdurmaqla yadda qalması olmuşdur.  Bundan əlavə, mərhum akademik Məmmədtağı Cəfərovun rektor işlədiyi zamanlarda Azad İbrahimovun təsərrüfat işləri üzrə prorektor olması səbəbindən, ADAU –nun hazırda təcrübə sahələri demək olar ki, yox olmuşdur. Əvvəllər universitetdə  yarıtmaz fəaliyyəti ilə seçilən və Təsərrüfat İşləri üzrə prorektor olan Azad İbrahimovun, bu gün rektor təqdimatı olmadan elmi işlər üzrə prorektor təyinatının arxasında isə,  2018-2022-ci illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmış, hal-hazırda isə Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elvin Paşayev olmuşdur.
 
Onu da qeyd etmək yerinə düşər ki, Azad İbrahimov universitet həyatındakı naliyyətlərinə, məhz İbrahim Cəfərovun zamanında rektorla köhnə dostluğu sayəsində nail olur. Bu şəxs alimlikdən daha çox işbazlıq fəliyyəti ilə məhşurdur  və ADAU-da gəzən söz- söhbətlərə görə, hətta özünün dediyinə görə, onun Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Zeynal Nağdəliyevlə də münasibətləri normaldır. Digər iki namizəddən əvvəl isə, Azad İbrahimovun rektor olmaq arzusu Zəfər Qurbanovun təyinatına qədər gündəm idi.
 


Hal-hazırda ADAU-da rektor kürsüsüsünə sahib olmaq uğrunda mübarizə aparanlardan ən çox kimin reytinqli olması sir olaraq məlum olmasa da, namizədlər məlumdurlar. 
 
Mənbə: Globall.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook