SON XƏBƏR

Ağdaşda yazlıq əkinlərə hazırlıq məqsədilə suvarma sistemində təmir-bərpa işləri görülür

Fevral 01
19:39 2016
Ağdaş rayonunda əkin sahələrinin suvarılması və yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə arxların lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. Rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ağdaş şəhərinin daxili arxları lil və çöküntülərdən təmizlənib və bu istiqamətdə işlər davam etdirilir. Bu işlərə rayon suvarma sistemləri idarəsinin müxtəlif təyinatlı texnikaları cəlb olunub. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə Türyançay çayında sahilbərkitmə işləri də davam etdirilir.
 
Rayonda mövcud olan 25 min 230 hektar əkin sahəsinin suvarma suyuna olan tələbatı əsasən Türyançay çayı, Yuxarı Şirvan kanalı vasitəsilə ödənilir. Hazırda Türyançay çayı Ağdaş rayonunun 60, Ucar rayonunun isə 6 kəndini suvarma suyu ilə təmin edir. Türyançay çayındakı 2 nasos stansiyası əsaslı təmir olunub. Çayın qollarında bərpa işləri görülüb. Yuxarı Şirvan kanalının Ərəbocağı kəndindən keçən hissəsində qəzalı vəziyyətə düşən iki körpünün cari ilin birinci rübündə əsaslı təmir edilməsi nəzərdə tutulur.
 
Hazırda suvarma kanallarında və təsərrüfatdaxili arxlarda su itkisinin qarşısının alınması üçün lildən təmizləmə işləri davam etdirilir. Bunun üçün kəndlərdə 10 ədəd müxtəlif təyinatlı texnika çalışır. Ağdaşda əsasən yay aylarında suvarma suyu ilə bağlı qıtlıq yaranır. Əsasən çəltik əkilən kəndlərdə sahələrin suvarılmasında çətinliklər yaşanır. Kəndlilərin yayda suvarma suyu çatışmazlığı probleminin həlli üçün hazırda işlər görülür. Son aylarda kəndlərdə görülən bu işlər onu deməyə əsas verir ki, yay mövsümündə Ağdaşda quraqlıq olsa da əkin sahələrinin suvarma suyuna olan tələbatı lazımi səviyyədə ödəniləcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook