Ağdamın ilk küçə adları - FOTOLAR
Yanvar 22
11:18
2026
Ağdamda küçələrə ad verilməsinə başlanılıb.
Musavat.com bildirir ki, bu barədə jurnalist Səadət Məmmədova məlumat verib.
O qeyd edib ki, artıq iki küçəyə Pənahəli Xan və İmarət adı verilib.
Məlumata əsasən, Pənahəli Xan küçəsi İmarətin və Çörək Muzeyinin qarşısından, yeni istifadəyə verilən 2-ci Yaşayış məhəlləsinin önündən keçən küçədir.




