Ağdam və Kəlbəcərdə aşkarlanan sümük qalıqları ekspertizaya gətirilib - RƏSMİ
Avqust 30
12:21
2022
"Keçən həftə bir qutu sümük qalıqları Ağdamın Şıxbabalı, 2 qutu sümük qalıqları Kəlbəcərin Zallar, bir qutu sümük qalıqları isə Kəlbəcərin Çıraq kəndindən gətirilib".
Direktor vurğulayıb ki, məhkəmə-tibbi müayinəsi bu həftə həyata keçiriləcək.
"Report" xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş "İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, həmin sümük qalıqları protokollaşdırılıb.