SON XƏBƏR

Ağdam və Ağdərədəki yanğının söndürülməsinə iki helikopter cəlb olundu

İyul 23
09:26 2025
Ağdam və Ağdərədə davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb edilib.

Bu barədə Qlobal.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir. 

Bildirilib ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook