SON XƏBƏR

Ağdam və Ağcabədinin minalardan təmizlənməsinə başlanıldı

Noyabr 12
15:02 2020
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Ağcabədinin yaşayış məntəqələrində partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlayıb. 
 
Ermənistan silahlı qüvvələrinin  Ağdam rayonuun Çəmənli, Sarıcalı, Əfətli, Kolqışlaq, Zəngişalı, Şükürağalı, Rzalar Ergi qəsəbəsi və Ağcabədi rayonunun Arazbar, Qiyaməddinli kəndlərinə və Ağ Göl Milli Parkının ərazisinə ağır artilleriyadan atdığı partlamamış hərbi sursatlar bu gün zərərsizləşdiriləcək.  ANAMA-nın supervayzeri Xaliq Zülfüqarov bildirib ki, daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdiriləcək. 
 
Apa.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook