SON XƏBƏR

Ağdam kollecində bir vedrə emulsiyayla büdcə vəsaitlərini kimlər mənimsəyir? - İDDİA

Mart 17
10:12 2023
Azərbaycanda təhsil sistemində korrupsiya hallarının aradan qaldırılması istiqamətində son zamanlar ciddi tədbirlər görülməkdədir. 
 
Təhsil sistemində aparılan struktur və kadr dəyişiklikləri və eyni zamanda hüquqi mühafizə orqanlarının təhsil müəssisələrində apardıqları əməliyyatlar korrupsiya və rüşvət hallarının aradan qalxmasına müəyyən mənada müsbət təsir edir. 
 
Bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Ağdam Musiqi Kollecində keçirdiyi xüsusi əməliyyat bir daha təhsil müəssisələrində olan acınacaqlı vəziyyəti ortaya qoymuş oldu. 
 
Qlobal.az xəbər saytının əldə etdiyi məlumatda iddia edilir ki, korrupsiya və rüşvət hallarının geniş yayıldığı təhsil müəssisələrindən biri də Ağdam Dövlət Sosial-İqtisadi Kollecidir. 
 
Məlumatda son illər dövlətin kollecin təmirinə ayırdığı vəsaitlərin təyinatı üzrə xərclənmədiyi vurğulanır.
   
Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kolleci həm texniki bazasına, həm də təhsil səviyyəsinə görə respublikada ən geridə qalan kolleclərdəndir. 
  
Saytımıza verilən məlumatda dövlətin kollecin təmirinə ayırdığı vəsaitin satınalma yolu ilə mənimsənildiyi, görüntü olaraq isə bir-iki vedrə emulsiya alınıb divara yaxıldığı iddia edilir.
 
Ağdam Dövlət Sosial-İqtisadi Kollecindən iddialara mövqe öyrənə bilmədik.
 
Mövzunu diqqətimizdə saxlayacağıq.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook