SON XƏBƏR

Ağdam-Füzuli yolunda avtobus aşdı - 20 yaralı

İyul 09
09:26 2025
İyulun 9-u saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Qaynarinfo-ya bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook