ADA Universitetində Diplomatiya Həftəsinin açılışı olub
İyul 07
11:45
2022
İyulun 7-də Xarici İşlər Nazirliyinin (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimi keçirilib.
"Report” xəbər verir ki, könüllülərin iştirak etdiyi açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər.



