Acun Ilıcalı: 'Mən həm Gülənçiyəm, həm mason...' - VİDEO
Avqust 18
13:15
2016
"Hürriyyət" qəzetinin köşə yazarı Əhməd Hakan məşhur prodüser Acun Ilıcalının da FETÖ üzvü olduğunu iddia edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Əhməd Hakan Ilıcalının layihələrində iştirak edən bir neçə nəfərin həbs olunmasını diqqətə çatdırıb.
"Acun Ilıcalının layihələrində, verilişlərində iştirak edənlərdən daha bir nəfər FETÖ ittihamı ilə saxlanılıb. FETÖ-ya görə nə qədər şirkət bağlandı, imtahanların nəticələri ləğv olundu... Bəs nəyə görə ətrafında bu qədər FETÖ-çu olan Acun İlıcalı həbs olunmur?" - məşhur köşə yazarı Əhməd Hakan son yazısında bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatında dəfələrlə Acun İlıcalının FETÖ-çu və ya mason olması ilə bağlı xəbərlər yayımlanıb. Məşhur prodüser daha əvvəl verdiyi açıqlamada nə masonlarla, nə də Fətullah Gülənlə əlaqəsi olduğunu deyib.

Qlobal.az