SON XƏBƏR

“AccessBank” nədən müştərilərinə qənim kəsilib?

May 03
12:14 2023
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam bazarına dövlət nəzarəti məqsədilə aparılan monitorinqlər zamanı "AccessBank” QSC tərəfindən verilən reklamlarda haqsız rəqabət halları aşkar edib. Dövlət Xidməti müəyyən edilmiş pozuntu ilə əlaqədar sözügedən bankda araşdırma start verib.

Mövzu ilə bağlı Tribunainfo.az-a danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu hal bu gün bankların bir çoxunda müşahidə edilir. Məsələn, bir bank bazarda önə keçmək, digərlərini geridə qoymaq və gözdən salmaq üçün müəyyən yollara əl atır, hansısa qanunsuz yolla istehlakçıların gözündə üstünlük qazanmağa çalışır. Sağlam bazar şəraitində rəqabət olmalıdır. Ancaq bu qanuni yollarla baş verməlidir:

" "AccessBank”ın müştərilərini müdafiə edən biri kimi deyə bilərəm ki, ona kreditini ödəyə bilməyən sahibkarlara qarşı cinayət işlərinin açılmasına cəhd edir, bəzi hallarda buna nail də olub.

Bu banka qarşı mən bir neçə iş aparmışam. Bir işdə hətta bəraətin verilməsinə də nail olmuşam. Sübut etmişəm ki, həmin sahibkarın günahı yoxdur. Məhkəmə də ona bəraət verib. Bu da haqsız rəqabət formalarından biridir. Problemli kreditlər çox yerdə ola bilər. Ancaq bunu məhkəmə yolu ilə həll etmək mümkündür. Ancaq "AccessBank” bura hüquq mühafizə orqanlarını da qatmağa çalışır ki, vətəndaşı qorxutsun, məsələni öz xeyrinə həll etsin”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook