Ağcabədidə 200 min uduldu, dava düşdü, hadisə yerinə polis gəldi - Təfərrüat
Aprel 07
18:26
2022
Ağcabədi rayonunda kuryoz hadisə baş verib.
Qazet.az-ın əldə etdiyi məlumata görə, iki əmioğlu külli miqdarda lotoreya uduşu səbəbindən polis tərəfindən saxlanılıb. Salmanbəyli kəndindən olan qohumlar lotoreya bileti alaraq 200 minlik mükafat qazanıb.
Lakin bəxt üzlərinə gülən qohumlar rayonun poçt şöbəsi önündə pul bölmək üstündə əlbəyaxa dava edib.
Yaxınlıqda olan polis onları şöbəyə aparıb.
Qlobal.az hadisənin təfərrüatı barədə məlumat əldə edib.
Belə ki, Salmanbəyli kənd sakinlərindən əldə etdiyimiz məlumata görə 200 min manat uduş həqiqətən kənd sakinləri tərəfindən udulub. "Lotereya biletini bir gənc nisyə alıb. Aldığı yerdə pozduqdan sonra 200 min manat udduğu məlum olub. Lakin sonradan lotereya satan şəxslə uduş udan şəxsin arasında mübahisə yaranıb. Mübahisənin daha da qızışmaması üçün hadisə yerinə polis çağırılıb. Hazırda hər şey qaydasındadır"-deyə, kənd sakini bildirib.