Ağcabədi rayonunda törədilmiş cinayət işi 2 ildi niyə açılmır? – CİNAYƏT YERİNDƏN VİDEO GÖRÜNTÜLƏR
Avqust 05
00:56
2019
Laçın rayon Hacılar kənd sakinləri "İnterPosta.info”ya müraciət edərək bildiriblər ki, Ağcabədi rayon "Ağgöl” milli dövlət qoruğunun ərazisindən 6 ədəd iribuynuzlu mal-qara 2 ildi məlum adamlar tərəfindən oğurlanmasına baxmayaraq hələ də cinayətə cəlb olunmayıblar.
Şikayətçilərin dediyi kimi, Həmizənin suçu yoxdursa niyə bizdən qaçdı və qoruğun nəzarət postun tərk edərək gizləndi?
Digər bir sual: 80-90 iri buynuzlu mal-qaranın içindən amcaq Allahverdiyevlərə məxsus 6 ədəd malın yox olması şüpəli deyil?
Allahverdiyevlərin şübhələndiyi qonşusu Mirzə Mirzəyevin 17 ədəd malıda 80-90 ədəd mal-qaranın içində idi, M.Mirzəyevin təsərüfatına aid mal-qaranın 1 ədədi niyə oğurlanmadı?
Çox güman ki, Allahverdiyevlərin bu sualları ətrafında Ağcabədi rayon Polis Şöbəsi müəyən işlər görəcək!
Allahverdiyev ailəsi Prezident İlham Əliyevə, vitse-Prezident Mehirban Əliyevaya, Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokuror Zakir Qaralova müraciət edərək 2 ildir davam edən cinayət işinin yenidən baxılmasına, onlara dəymiş zərərin ödənilməsinə və cinayətkar (cinayətkarlara) hüquqi qaydada cəzalandırılmasına göstəriş verilməsini istəyirlər!
Zərər çəkmiş şəxislərin tələb, xahişi video müraciətdə və "İnterPosta.info” olaraq cinayətin baş verdiyi məkandan görüntüləri təqdim edirik: Redaksiya olaraq tərəfləri dinləməyə və mövqeyin dərc etməyə hazırıq.



