"Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb
Dekabr 04
17:50
2024
"Abzas Media" işində təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
"Report" xəbər verir ki, Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rasim Sadıxovun icraatına verilib.