ABUTALIBOVUN ŞÖBƏ RƏİSİNDƏN VƏTƏNDAŞA KÜÇƏ SÖYÜŞLƏRİ-FOTO,VİDEO
Sentyabr 14
10:01
2017
"26-lar” kafesini də Vidadi Əliyev söküb
Vidadi Əliyevin mətbuat aləmində olan maklerləri hətta onun barəsində şaiyə də uydurmuşdular ki, güya o xərçəng xəstəliyinə tutulub. Buna hətta az qala biz də inanmağa başladıq.
Ancaq etibarlı mənbənin 365info saytına verdiyi məlumata görə Vidadi Əliyevlə bağlı təxminən iki il bundan əvvəl bir sahibkarın başına gətirdiyi əməllərin videoyazısını təqdim edəndən sonra, aydın oldu ki, Vidadi Əliyevin xərçəng xəstəliyinə tutulmağı sadəcə onun mətbuat aləmində olan maklerlərinin jurnalistləri mətləbdən yayındırmaq üçün uydurduğu şaiyədir.
Məlumata görə təxminən iki il əvvəl Elşən Hüseynov adlı sahibkar Vidadi Əliyevin qanunsuz hərəkətlərindən bezərək ölkə mətbuatına müraciət edib. Həmin məsələ ilə əlaqədar Vidadi Əliyevin özbaşınalıq hərəkətlərinin videogörüntüsünü ortaya çıxandan sonra, Vidadi Əliyev müalicə adı ilə Türkiyəyə qaçaraq, ölkəyə qayıtmayıb ki, birdən onu yenə də həbs edərlər.
Digər tərəfdən isə, onun mətbuat aləmində olan maklerləri jurnalistlərin arasında şaiyə yaymışlar ki, güya Vidadi Əliyev xərçəng xəstəliyinə tutulub və bu səbəbə onunla bağlı yazı dərc etməməyi xahiş edirdilər.
Bu məsələnin üstündən iki il keçdi və bu hadisə gündəmdən düşərək, saytlardan çıxarılandan sonra, "xərçəng xəstəliyinə tutulmuş” Vidadi Əliyev qəflətən Hacıbala Abutalıbovun yanında peyda oldu və "26 -lar” kafesini söküb-dağıtmağa başladı.
Vidadi Əliyev bu kafeni sökəndə, təxminən iki il əvvəl onun sahibkar Elşən Hüseynovun hamamını sökməyi yada düşdü və həmin videoyazını bir də gözdən keçirərək, bu fikirlərə qovuşduq: Bir ölkənin paytaxtında çox şeyə məsul olan, Bakı Şəhər İcra Hakimiyyətində çalışan adi məmur da cəmiyyət üzvləri üçün nümunə olmalıdır. Ancaq, təəssüf ki, biz bunun tam əksini görürük. Öz də, söhbət paytaxt meriyasının sıravi işçisindən yox, şöbə rəisindən gedir.
Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevlə bağlı video-çəkilişə yenidən təkrar-təkrar baxdıq.
Dəhşətlisi budur ki, bu şəxs Bakı meriyasında bir kollektivin rəhbəridir. Yəqin ki, həmin kollektivdə, onun tabeçiliyində xeyli insanlar çalışır.
Belə "tərbiyə” sahibinin həmin kollektivi necə idarə etdiyi adamı vahiməyə salır. Çəkilişdən açıq görünür ki, bu vəzifəli şəxs özünü idarə etmək iqtidarında deyil.
Belə ki, çəkilişdə mülkün qanuni sahibi ondan rəsmi sənəd tələb edir, başqa heç nə istəmir.
Vidadi Əliyev isə "bura mənimdi..” deyə bağırır. Və heç bir ölçüyə sığmayan "var-yox..” söyüşünə keçir.
Yəni bu söyüşləri nəinki vəzifə sahibi, az-çox tərbiyə görmüş adam belə dilinə gətirməz.
Hələ bu harasdır..?
Məsələni, yaxud mübahisəni qanuni yolla həll etmək əvəzinə Vidadi Əliyev qaçıb daş götürüb atır…, əlinə armatur parçası götürüb qarşı tərəfin üstünə cumur və…elə bir söyüş söyür ki…
Bax, burda çox mətləblər ortaya çıxır. Özünü idarə edə bilməyən bu zada o boyda vəzifəni kim verib?
Dövlət məmurunda dövlət tərbiyəsi olmalıdır. Və məmur illər uzunu hazırlanıb vəzifəyə gətirilməlidir. Yoxsa… Kimsə həbsxanadan çıxandan bir-iki ay sonra, ona mühüm vəzifə tapşırırlar, o da özünü "türmə nazoru” kimi aparır…
Əgər bu video başqa bir cəmiyyətdə ortaya çıxsaydı, Vidadi Əliyev nəinki bircə gün vəzifədə qala bilərdi, əksinə ona qanunsuz əməllərinə görə dərhal onun barəsində cinayət işi başlanılardı.
Amma təəsüf ki, Vidadi Əliyev hələ də Bakı meriyasında at oynadır.
Görəsən, bu biabırçı videoya baxan Bakı şəhər rəhbərliyi nə düşünür?
Bu yaxınlarda "26-lar” kafesinin Hacıbala Abutalıbov tərəfindən sökülməsinin şahidi olduq. Və onun yanında sağ əli Vidadi Əliyev durmuşdur.

Ancaq bir məsələ də var ki, belə yararsız məmurlar gec-tez məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını alacaqlar. Sadəcə, bir az zamana ehtiyac var…
(365info.az)
Qlobal.az