SON XƏBƏR

Abşeronun təhsil şefi məktəblərdə anarxiya yaradıb - müəllimə ifşa etdi - "ölü can"lar

Dekabr 17
12:07 2024
Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə baş verən özbaşınalıqlar haqda təhsil ocağının riyaziyyat müəllimi Vəfa Həziyeva özü danışıb. İşlədiyi məktəbdəki qanunsuzluqlara səsini çıxardığına görə azad edilən Vəfa Həziyeva sona qədər mübarizə aparacağını deyib. Anaxeber.info yazır ki, jurnalistlərə açıqlama verən riyaziyyat müəllimi, məktəbin direktoru Gülnaz Kərimovanın qanunsuz bir mühit yaratdığını söyləyib. Onun dediyinə görə, ilk növbədə məktəbin sanitar qovşağı bərbad vəziyyətdədir və sanitariyadan söhbət belə gedə bilməz.
 
Müəllimə bildirib ki, şagirdlərin sanitar qovşaqdan istifadə edə bilməməsi məsələsini qaldırdığı üçün işindən çıxarılıb.

Bundan əlavə, Vəfa Həziyeva məktəbdə "ölü can"lar olduğunu iddia edib. Qeyd edib ki, 147 belə" ölü can" var. Yəni direktor Gülnaz Kərimova adı gedən, özü olmayan şəxslərin maaş kartlarını özündə saxlayır. Həmçinin, müəllimə deyib ki, dövlət jurnalına müdaxilə edilib, başqa müəllimlər onun yerinə qiymət yazmağa məcbur olunub. Bu da direktorun təzyiqi və diqtəsi ilə baş tutub. Eyni zamanda, yuxarı siniflərdə qiymətləndirmə cədvəlinə müdaxilələr olunub. Bir sözlə, 2 saylı məktəbdə anarxiyadır və direktor Gülnaz Kərimova öz "qanun"larını həyata keçirir. Şikayətçi bununla bağlı Baş Prokurorluğa və digər qurumlara müraciət edib. Ümumiyyətlə, Abşeron məktəblərində yaşanan neqativ hallara rəvac verən yerli təhsil idarəsi rəhbəri İlhamə Abdullayevadır. Onun idarəçiliyi məktəblərdə tamamilə xaos, rüşvət, özbaşınalıq yaradıb. Dəfələrlə digər məktəblərdən də şikayətlər olub. Lakin heç bir tədbir görülmür.

Mənbə: Anaxeber.info
 
Qlobal. Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook