SON XƏBƏR

Abşeron-Xızı Regional Təhsil İdarəsində məktəbli qəbulu biznesə çevrilib?

Sentyabr 05
13:15 2023
Azərbaycanın absurdlar ölkəsi olduğunu bilməyən yoxdur. Ölkədə nazirliklərdəki məmur tayfasından tutmuş səhiyyə, təhsil sektorundakı rəhbərlərə qədər hər kəsin ağzından bir "avaz” gəldiyini də çox yaxşı bilirik.

Əlbəttə, bu "avaz”dan pul iyi gəlir və respublikada rüşvət artıq üfunət qoxuyur. Lakin hər şeyin də bir həddi, əndazəsi var. Elə qayda və qanunlar var ki, burada artıq normanı keçmək olmaz.
 
Di gəl ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi və onun tabeliyindəki yerli təhsil şöbələri üçün sərhədlər deyilən anlayış yoxdur. Sanki "Nuh” deyir, "peyğəmbər” demirlər.

Söhbət 1-ci sinifə qədəm qoyacaq Babaxanov Əlixan Babaxan oğlunun ağılasığmaz şəkildə təhsildən məhrum edilməsindən gedir. Anaxeber.info-ya müraciət edən ailənin sözlərinə görə, övladları Əlixan bu il sentyabrın 15-dən həmyaşıdları olan hamı kimi məktəbə getməlidir. Onlar Sumqayıtın 1-ci mikrorayon, Sülh küçəsi 3 ünvanındakı 4-cü komissiyadan narazıdırlar. Babaxanovlar ailəsi Xırdalanın Mehdi Hüseynzadə küçəsi, məhəllə 31, ev 59, mənzil 94 ünvanında yaşayır. Valideynləri Əlixanın rusdilli olduğunu, Azərbaycan dilində demək olar ki, bilmədiyini söyləyirlər.

Tragikomediya isə ondan ibarətdir ki, rus dilində necə deyərlər "çırtlayan” Əlixanı Abşeron rayonunda rus bölməsinə qəbul etmirlər. Buna gülünc səbəb kimi onun qabiliyyət imtahanından keçməməsi göstərilib.

Görün nə dərəcədə biabırçı vəziyyətdir ki, Abşeron Təhsil İdarəsi Azərbaycan dilində başa düşməyən və yalnız rusca danışan Əlixanı qabiliyyət imtahanından "keçmədiyi” üçün rus sektoru olan məktəbə qəbul etmir.

Bunun nə dərəcə özbaşına, qanunsuz hərəkət olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bir cümlə ilə ifadə etmək olar – Azərbaycanda orta təhsil icbaridir.
Yəni hər bir 6 yaşına çatmış uşaq məktəbə getməli və təhsil almalıdır. Hətta qabiliyyət imtahanında uğurlu olmayan uşaq da şagird adını qazanmağı haqq edir, bu ixtiyarı onun əlindən heç kəs ala bilməz.

Ölkə qanunvericiliyi, "Təhsil haqqında” qanun var və Abşeron ŞTİ rəhbərliyi həmin qanunların üzünü açıb oxusa, başa düşər ki, Əlixanı məktəbdən məhrum etmək cinayətdir. Bu təhsil idarəsinə İlhamə Abdullayeva rəhbərlik edir. O, ötən ilin aprelində vəzifəyə təyin olunub.

Lakin bir il kifayət edib ki, onun təhsil sisteminin, idarəetmə "fəlsəfəsi”nin nədən ibarət olduğunu anlayasan. İlhamə xanım Abdullayeva Abşeron rayon məktəblərində elə bir gestapo rejimi yaradıb ki, ancaq "fitri-istedadı” olanlar şagird adını qazana bilərlər.

Əlixanın ailəsi isə deyir ki, onlar Elm və Təhsil Nazirliyindən, Prezident İlham Əliyevdən, I Vitse-Prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həllinə dair diqqət gözləyirlər.

"Bizim uşağımız rus dilində əla bilir. Əlixan rus sektorunda oxumayacaq, bəs kim oxuyacaq? Hazır kadrdır, ona rus dilini sıfırdan öyrətməyə ehtiyac yoxdur. Amma uşağı məktəbə qoya bilmirik. Artıq dərslərin başlanmasına iki həftə qalıb və bizə heç bir köməklik göstərilmir.

Uşağın qabiliyyət imtahanından hətta keçməməsi də onu təhsil almaq hüququndan məhrum edə bilməz. Bu uşaq Azərbaycan dilində bilmir, bəs Azərbaycan sektorunda necə oxusun?” - deyə şikayətçi valideynlər qeyd edirlər. Onlar Abşeron təhsil idarəsi rəhbərliyindən bu məsələyə reaksiya verilməsini xahiş edirlər.
 
Mənbə: Anaxeber.info
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook