Abşeron-Xızı Regional Təhsil İdarəsində "ölü canlar"
Sentyabr 12
10:05
2023
Abşeron-Xızı Regional Təhsil İdarəsində korrupsiya tüğyan edir.
Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən bir çox məktəblərdə müəllimlərin işə çıxmadığı, onların maaş kartlarının rəhbərlikdə olduğu deyilir.
Məlumata görə son bəzi müəllimlər və texniki işçilərin işə çıxmadığı məktəblər əsasən Sumqayıt şəhərində fəaliyyət göstərən 3, 11, 21, Xırdalan şəhərində 3, 7 saylı məktəblərdədir. Bu məktəblərdə işə gəlməyən müəllimlər ümumiyyətlə dərs dedikləri uşaqları heç üzdən tanımadığı iddia edilir. Bu müəllimlərin pensiya kapitalı yığılsın deyə adlarını bu məktəblərdə yazdırdığı, maaş kartlarını isə rəhbərliyə vermələri də səslənən iddialar sırasında yer alır.
Qeyd edək ki, Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində 104 ümumtəhsil müəssisəsi, 98 məktəbəqədər təhsil müəssisəsi, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Xatırladaq ki, Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri Abdullayeva İlhamə Sarif qızıdır.

O, 2022-ci ilin aprel ayından Abşeron–Xızı Regional Təhsil İdarəsinə rəhbərlik edir.
Abşeron–Xızı Regional Təhsil İdarəsindən xəbərə mövqe öyrənə bilmədik.
Qlobal.az