SON XƏBƏR

Abşeron RİH-nin Ulu Öndərin posterinin yerində açdığı bazardan VİDEO

May 09
23:05 2016
Mart ayının əvvəlində Abşeron rayonunun Mehdiabad qəsəbəsinin girişində Ulu Öndər Heydər Əliyevin posterinin sökülməsi ilə bağlı fotofaktlarla birgə məlumat dərc etmişdik. Həmin ərəfədə dərc etdiyimiz məlumata Abşeron RİH-ə zəng edərək münasibət öyrənə bilmədik. Abşeron RİH-nə göndərdiyimiz rəsmi sorğumuza isə nəhayət iki aydan sonra RİH-nin başçısının ictimai-siyasi məsələlər üzrə müavini Fuad Cəbrayılovun imzası ilə cavab aldıq. Fuad Cəbrayılovun imzasıyla göndərilən 3 cümləlik məktubda Abşeron RİH-I özünü daha biabırçı duruma saldı. Belə ki, cavab məktubunda posterin qəsəbənin girişində aparılan abadlıq, quruculuq işlərinə görə çıxarıldığı (söküldüyü yox- red) deyilir. Görünür Abşeron RİH-də "sökülməklə” "çıxarılmağın” fərqli anlam daşıdığının fərqində deyillər.
 
Qlobal.az-ın əməkdaşının Mehdiabad qəsəbəsinin girişində- posterin söküldüyü yerdə video çəkiliş aparıb. Görüntülərə nəzər saldıqda Abşeron RİH-nin yalan danışdığı aydın hiss olunur.
 
Qeyd edək ki, Ulu Öndərin Abşeron RİH-i tərəfindən sökülən posteri hansısa metal dirək üzərində olmayıb. Əgər metal dirək üzərində olsaydı Abşeron RİH-i "çıxarılıb” deyə bilərdi.
 
Ulu Öndərin sökülən posteri ağlay daşla üzlənmiş beton-monolit postamentin üzərində olub. Bu aşağıda təqdim edəcəyimiz fotolarda və video kadrda da aydın görünür. Postament hal- hazırda da yerindədir. Sual olunur, postament yerindədirsdə poster niyə sökülüb? Maneçiliyi nədən ibarət idi? Abşeron RİH-i "abadlıq, quruculuq işlərini” yerdə aparır yoxsa göydə? Və ən əsası isə bu ərazidə heç bir abadlıq, quruculuq işləri aparılmayıb. Əksinə posterin olduğu ərazidə qum-çınqıl, mişar daşları satılan bazar açılıb. Yoxsa Abşeron RİH-i  "abadlıq, quruculuq işləri” deyərkən sözün həqiqi mənasında açdığı bu bazarı nəzərdə tutur?
Bəlkə də…
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qlobal.az
 
Ulu Öndərin posterinin söküldüyü yerdən videogörüntü
 

 
Ulu Öndərin sökülən posteri
 

 
Ulu Öndərin Posterinin söküldüyü postament
 

 
Abşeron RİH-nin sorğumuza cavab məktubu
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook