SON XƏBƏR

Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək

Oktyabr 17
13:05 2024
Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək.

Qayanrinfo xəbər verir ki, bu, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Abşeron rayonu üzrə bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:

- Aşağı Güzdək və Pirəkəşkül-Qobustan bələdiyyələrinin əhatə etdiyi Aşağı Güzdək qəsəbəsində və Qobustan, Pirəkəşkül kəndlərində Aşağı Güzdək bələdiyyəsi;

- Fatmayı və Görədil bələdiyyələrinin əhatə etdiyi Fatmayı və Görədil kəndlərində Fatmayı bələdiyyəsi;

- Güzdək və Qobu bələdiyyələrinin əhatə etdiyi Güzdək və Qobu qəsəbələrində Qobu bələdiyyəsi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook