SON XƏBƏR

Abşeron rayonu - İnkişafın, tərəqqinin, rifahın astanasında...

İyun 06
09:00 2022
Abşeron rayonu Azərbaycanın iki ən böyük şəhərinin - Bakı və Sumqayıt şəhərlərinin inzibati əraziləri arasında yerləşir. Vaxtilə ölkəmizin ən iri aqrar rayonlarından sayılan Abşeron rayonu hazırda sürətli inkişafına, müasir cavablara tələb verən kommunikasiyalarına, abadlığına və yeni tikililərinə görə respublikanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. 
 
Böyük əraziyə, strateji əhəmiyyətə malik olan Abşeron rayonunun əlbəttə ki, daha böyük inkişaf potensialı var. 
 

 
Uzun illər aqrar rayon olan Abşeron rayonunun sənaye şəhərinə çevrilməsi istiqamətində yenilikçi, müasir düntagörüşlü, şəhər infrastrukturunu dərindən bilən, dünyanın, regionun iri şəhərlərində tarixi və coğrafi relyefi qorumaqla sənayeləşmə prinsiplərini uğurla tətbiq edə bilən bir rəhbərə ehtiyac var idi. Uzun zamandır belə bir başçı gözləyən Abşeron sakinlərinin gözləntisi nəhayət ki, bu ilin yanvar ayının 19-da özünü doğrultdu. 
 
Möhtərəm Prezident İlham Əliyev cənablarının sərəncamı ilə ölkənin ən təcrübəli icra başçılarından olan Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin edildi. 

 
İlk iclas - Abadlıq, quruculuq, qazi və şəhid ailələrinin probleminin həlli istiqaməti
 

 
Təyinatından qısa zaman sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirsakı ilə "Görülən işlər və qarşıda duran vəzifərlər” mövzusunda iclas keçirdi. İclasda A.Fərzəliyev rayon ərazisində bir sıra problemlərin olduğunu qeyd edərək kənd və qəsəbələrdə məişət tullantılarının ərazidən uzaqlaşdırılmasında, daxili küçələrin düzəldilməsində və abadlıq işlərinin aparılmasında ciddi problemlərin olduğunu vurğuladı.
 
Abşeron rayonunda yaşayan şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının daha da artırılmasının vacibliyini qeyd edən Abdin Fərzəliyev müharibənin ağrı-acılarını yaşayanların bu diqqəti təkcə bayramlarda deyil, gündəlik həyatlarında da hiss etməli olduqlarını, inzibati ərazi dairəsi üzrə nümayəndələrinə 15 gün müddətində işlərində dönüş yaratmağı, kənd və qəsəbələrdə olan problemləri aradan qaldırmağı tapşırdı. 
 
İlk ziyarət ünvanı - Şəhid məzarları, şəhid ailələri
 

 
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndən qısa zaman sonra - yanvar ayının 27-də Xırdalan şəhərindəki Şəhidlər Abidə Kompleksini ziyarət edərək Xırdalan şəhərinin mərkəzi parkında və Şəhidlər Abidə Kompleksinin ərazisində abadlıq işlərinin vəziyyəti ilə tanış olaraq, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun əvvəllər yaşadığı evə gedərək, ailəsini ziyarət etmişdir. O, şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanmışdır. Şəhid Veysəl Musibovun anası dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbə oğlunun adının verildiyini vurğulayaraq, göstərilən hər cür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.
 

 
Qeyd edək ki, şəhid ailəsinin xahişi nəzərə alınaraq, 5 nömrəli tam orta məktəbdə şəhidin büstünün qoyulması üçün müvafiq tapşırıqlar verilmişdir.
 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun Hökməli, Qobu, Güzdək, Məmmədli, Digah və Mehdiabad qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını da ziyarət etmiş, üzərinə tər güllər qoymuşdur.
 

 
Məzarlıqda şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər. RİH başçısı Hökməli və Qobu məscidlərinə baş çəkmiş, şəhidlərin ruhuna dualar oxunmuş, qəsəbə ağsaqqalları ilə görüşərək vəziyyətlə maraqlanmış, onların arzu və istəklərini dinləyib, həlli istiqamətində müvafiq tapşırıqlarını vermişdir. 
 
Abşeron rayonunda yaşayan şəhid ailələrinin ziyarəti, onların qayğılarının həlli Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin daim diqqət mərkəzindədir. Yanvarın 28-də və 31-də A.Fərzəliyevin Masazır, Novxanı, Saray və Ceyranbatan qəsəbələrindəki şəhidlərin məzarlarını ziyarət etməsi, onların ailə üzvləri ilə görüşüb qayğılarını dinləməsi də məhz bu qəbildən olan görüşlərdəndir. 
 

 
Bu gün Abşeron rayonunda hər bir qazi, hər bir şəhid ailəsi, şəhid övladı özünü inamlı hiss edir. Arxalarında Azərbaycan kimi qüdrətli bir dövlət olan şəhid ailələrinin, qazilərin qarşılaşdıqları qayğılar anındaca həll edilir. Prezident İlham Əliyev cənablarının tapşırıq və göstərişlərini müvəffəqiyyətlə yerinə yetirən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə bütün görüşlərində onların həmişə olduğu kimi, bundan sonra da dövlət qayğısı ilə əhatə olunacaqlarını vurğulayır. 
 

 
Xatırladaq ki, Abdin Fərzəliyevin Saray qəsəbəsində şəhid ailələri ilə keçirdiyi görüş zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanının ətrafına və xiyabana aparan yola asfalt örtüyünün çəkilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi xahişi çox tez bir zamanda həyata keçirildi. 
 

 
Belə ki, Şəhidlər Xiyabanının 3200 kvadrat metr yolu çınqıl tökülərək bərkidilmiş və asfaltlanmışdır. 
 

 
Şəhid ailələri yaradılan şəraitdən tam razı qaldıqlarını bildirərək dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
 
Abşeronda təhsil - Prioritet isqamətlərdən ən mühümü
 

 
Azərbaycanda Prezident İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inkişafına müstəsna diqqət göstərdikləri təhsil sahəsi də Abşeron rayonunun rəhbərliyinin diqqətindədir. 
 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev fevral ayında rayonun təhsil işçiləri ilə keçirdiyi görüş də bu sahədə olan hədəflərlə bağlı idi. 

Rayonun təhsil işçiləri ilə keçirilən görüşü giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Çıxışında Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, onun beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görüldüyünü, bu istiqamətdə həyata keçirilən hər bir islahatın ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını qeyd edən Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il təhsil ocaqlarının tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, təhsil sahəsində görülən irimiqyaslı işlər, aparılan islahatlar təhsilimizin uğurlu gələcəyinə inamı artırır. Abdin Fərzəliyev çıxışında ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək nailiyyətlərin əldə edildiyini, böyük uğurlara imza atıldığını, təkcə 2021-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə minlərlə təhsil müəssisəsinin, körpələr evi və uşaq bağçalarının tikildiyini və ya əsaslı təmir edildiyini nəzərə çatdırmışdır.
 


Çıxışı zamanı Abdin Fərzəliyev Abşeron rayonunda yerləşən 43 ümumi təhsil müəssisəsi, 31 körpələr evi və uşaq bağçasının cari problemləri barədə məlumat vermiş, o cümlədən, görüşdə iştirak edən müəssisə rəhbərlərinin qeyd edilən problemlərin həlli istiqamətində təkliflərini dinləmişdir. Belə ki, O 2021-2022-ci tədris ili üzrə 2000 nəfər şagird tutumu olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə 6092 nəfər şagirdin, 1380 nəfər şagird tutumu olan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6177 nəfər şagirdin, 960 nəfər şagird tutumu olan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə 3279 nəfər şagirdin, 640 nəfər şagird tutumu olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə 2024 nəfər şagirdin təhsil aldığını, o cümlədən, qeyd edilən ümumi təhsil müəssisəsinin əsaslı təmirə və yeni korpusunun tikintisinə, qəzalı vəziyyətdə olan Novxanı kənd 7 nömrəli körpələr evi və uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğunu qeyd etmişdir. Çıxışında Abdin Fərzəliyev ümumi təhsil müəssisələri və körpələr evi və uşaq bağçalarındakı mövcud problemlərin həlli istiqamətində işlərin aparılacağını, şagird sıxlığının aradan qaldırılması üçün müvafiq addımların atılacağını Abşeron rayonunun təhsil ictimaiyyətinin nəzərinə çatdırmışdır.
 
Xırdalan şəhərində olan problemlər diqqət mərkəzindədir
 

 
Abşeron rayonunun mərkəzi olan Xırdalan şəhərinda olan bir sıra problemlər illərdir sakinləri narahat etməkdədir. Qanunsuz tikililər və infrastruktursahəsində olan problemlər illərdir ki, bu rayonda həllini tapmaq bilmir. Lakin Abdin Fərzəliyevin Abşeron rayonuna başçı təyin olunmasından sonra rayon sakinlərinin illərdir həyatlarını zülmə çevirən bu problemlərdən yaxa qurtaracaqlarına böyük ümidləri yaranıb. 
 
Abdin Fərzəliyevin fevral ayında Xırdalan sakinləri ilə görüşməsi, sakinlərin rayonun şahmat məkəbində baş evrən problemləri rayon rəhbərinin diqqətinə çatdırmaları və problemin həlli istiqamətində rəhbərliyin qısa zaman ərzində mühüm işlər görməsi sakinlərin ümidlərini daha da artırıb. 
 

 
Qeyd edək ki, həmin görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərində istifadəsiz qalmış və yararsız hala düşmüş Şahmat Məktəbinin mövcud durumu ilə tanış olmaq məqsədi ilə binaya baxış keçirmişdir. Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev 2014-cü ildə inşa olunan Şahmat məktəbinin yararsız vəziyyətə düşməsinin səbəbini yaxınlıqda olan atraksiondakı suyun sızması və suyun dəyişdirilməsi ilə əlaqədar olduğunu bildirmişdir. Belə ki, akraksiondakı su dəyişdirilən zaman böyük həcimli su kütləsi Şahmat Məktəbinin bünövrəsinə axmış və bunun nəticəsində məktəbin döşəməsi çökmüşdür. Şahmat Məktəbinin 2 dəfə əsaslı şəkildə təmir olunmasına baxmayaraq sözügedən atraksionun suyunun 3 dəfə dəyişdirilməsi ilə məktəb yenidən yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq RİH başçısından sözügedən atraksionun ərazidən uzaqlaşdırılması və Şahmat Məktəbinin yenidən təmir olunmasında köməklik göstərilməsi xahiş olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məsələnin araşdırılması və təmir-bərpa layihəsinin hazırlanması istiqamətində müvafiq tapşırıq və göstərişlərini vermişdir.
 
Qəsəbə sakinlərinin problem və təklifləri diqqətdədir
 

 
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonunun bütün yaşayış məntəqələrinin - qəsəbə və kəndlərinin sosial vəziyyətini, infrastrukturunu daim diqqətdə saxlayır. 
 
A.Fərzəliyev qısa zaman ərzində Abşeron rayonunun Məmmədli, Ceyranbatan, Güzdək, Saray və digər iri yaşayış məntəqələrində görüşlər keçirərək sakinlərin təklif və şikayətlərini dinləmiş, səslənən problemlərin həlli, təkliflərin həyata keçirilməsi istiqamətində tapşırıqlarını vermişdir. 
 
Keçirilən görüşlərdə sakinlərin səsləndirdiyi əsas problemlər məişət tullantılarının daşınması və kommunikasiya ilə bağlı məsələlər olmuşdur. 
 
Ceyranbatan qəsəbəsində keçirilən görüşdə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində müasir şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrin inkişaf etdirilməsi, habelə insanların sağlamlığının təmin edilməsi üçün kommunal xidmətlərin yaxşılaşdırılmasına, məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara cavab verən tərzdə qurulması istiqamətində layihələrin hazırlandığını önə çəkən RİH başçısı bu məqsədlə artıq 2 zibil daşıyan avtomobilin alındığını, növbəti ayda daha ikisinin də alınacağını iştirakçıların diqqətinə çatdırmışdır.
 

 
Mart ayının 30-da Xırdalan şəhərinin Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev hər həftə səyyar qəbulların keçirildiyini qeyd edərək, yerlərdə yaranan problemlərin dərindən araşdırıldığını və onların həlli istiqamətində proqramların hazırlandığını qeyd etmişdir. 
 
A.Fərzəliyev görüşdə Heydər Əliyev Parkında idman meydançası üçün nəzərdə tutulan xüsusi döşəmələr döşəndiyini, əraziyə bir-birindən fərqli 18 idman qurğusu quraşdırıldığını qeyd edərək, 50-dən çox həmişəyaşıl ağac və gül kolları əkildiyini, bununla da park ərazisində yaradılan idman meydançalarının sayı 2-ə çatdırıldığını vurğulamışdır. 
 

 
Abşeron rayonunda uzun illərdir sakinlərin narazılıq etdiyi, problemlərinin həll edilmədiyindən şikayətçi olan ərazilərdən biri də Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış Kompleksidir. 
 
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev növbəti görüşünü aprel ayının 12-də 20 min insanın yaşadığı "AAAF Park" yaşayış Kompleksində keçirmişdir. 
 

 
Rayon idarə və müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə sakinlərin problemlərinin həlli istiqamətində kompleks işlərin aparılacağı vurğulanmışdır. 
 
Abşeronda yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı prioritetdir
 
Abşeron rayonunda ən mühüm məsələlərdən bir də yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafıdır. 
 
Əlverişli coğrafiyası və strateji üstünlükləri olan Abşeron rayonunda əhalinin maddi rifah halının yaxşılaşdıırlması istiqamətində də müəyyən planlar işlənilir. 
 
Əhalinin dayanıqlı işlə təmin olunması üçün Abşeron rayon İcra Hakimiyyəti sahibkarlığın inkişafına daim dəstək nümayiş etdirir. Abşeronda özəl sektorun inkişafı, bu sahəyə dövlət dəstəyinin göstərilməsi, bank və kreditorların investiya yatırması istiqaməti nəzərdən keçirilməkdədir. 
 
Abşeron rayonunun sakinlərinin Prezident İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrini layiqincə yerinə yetirən, yaradıcı enerjiyə, böyük təcrübəyə malik, yenilikçi təfəkkürlü icra başçısı olan Abdin Fərzəliyevlə birlikdə daha çox uğurlar qazanacaqlarına böyük ümidləri var. 
 
Mübariz Məmmədov
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook