ABŞ yerin altında 600 milyon kq-dan çox pendir saxlayır: Səbəb nədir?
 
							Oktyabr 31
									
										10:02
										2025
									
ABŞ hökuməti hazırda təxminən 635 milyon kiloqram (1,4 milyard funt) pendiri yerin dərinliklərində yerləşən və "pendir mağaraları” adlanan xüsusi anbarlarda saxlayır. Bu nəhəng ehtiyatlar köhnə əhəngdaşı mədənlərində yerləşdirilib və uzunmüddətli saxlama üçün sabit temperatur şəraiti ilə təmin olunur.
Qaynarinfo xəbər verir ki, "The Farmlink Project" məlumatına görə, ABŞ-da dövlət pendirinin tarixi 1970-ci illərdə süd məhsulları qıtlığı və inflyasiya dövründə başlayıb. Hökumətin süd sənayesinə göstərdiyi maliyyə dəstəyi nəticəsində istehsal artıb və ölkə böyük miqdarda artıq pendirlə üz-üzə qalıb.
1980-ci illərin əvvəllərində hökumət artıq 35 ştatda yerləşən 150-dən çox anbarda 227 milyon kiloqramdan çox pendir saxlayırdı.
Antropoloq Bredli N. Cons "Oksford pendir jurnalı"nda o dövrü belə xatırlayır: "Pendir hər yerdə idi, amma onu yeyən yox idi".
Bir hissəsi xeyriyyə təşkilatlarına paylansa da, əhəmiyyətli miqdarı istehlaka yararsız hala düşmüşdü.
Müasir "pendir mağaraları” pendirin keyfiyyətini uzun müddət qorusa da, belə anbarların saxlanması çətin və baha başa gəlir. ABŞ Kənd Təsərrüfatı Nazirliyi hələ də artıq pendir ehtiyatlarını toplamağa davam edir. Bunun əsas səbəbi ölkədə süd məhsullarına tələbatın azalmasıdır.
Süd məhsulları bazarının təhlili üzrə mütəxəssis Lukas Fyuss vəziyyəti belə şərh edib: "Çində "pendirli çay" haqqında yayılan xəbərləri oxudum. Bəlkə biz də bu istiqaməti düşünməliyik"
Hazırda cedder, İsveçrə və amerikan pendiri ehtiyatları bu yeraltı anbarlarda saxlanılır, fermerlər isə bu məhsulları yeni bazarlarda necə dəyərləndirmək barədə yollar axtarırlar.