SON XƏBƏR

ABŞ-yə viza almaq daha da çətinləşir – Sosial media hesabları araşdırılacaq

Aprel 02
12:45 2025
ABŞ dövlət katibi Marko Rubio xarici nümayəndəliklərə ABŞ-yə viza üçün müraciət edən şəxslərin Fələstinə dəstək olub-olmadığını müəyyən etmək üçün onların sosial media hesablarını araşdırmağı tapşırıb.

"AzPolitika” xəbər verir ki, bu barədə "The New York Times” nəşri hökumət rəsmilərinə istinadla məlumat yayıb

Məlumata görə, martın 25-də göndərildiyi deyilən təlimatda həmçinin ABŞ-yə qarşı tənqidi fikirlər səsləndirən və viza üçün müraciət edən insanların sosial media məzmunlarının araşdırılması da tapşırılıb.

Qeyd olunub ki, Fələstinə dəstək verən və ABŞ-də təhsil almaq üçün viza müraciəti edən tələbələrə artıq sözügedən nüans əsas gətirilərək rədd cavabı verilir.

Xatırladaq ki, Rubio bu yaxınlarda 300-dən çox əcnəbi tələbənin vizasının ləğv edildiyini açıqlamışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook