"ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün hər şey edəcək" - Kirbi
Aprel 15
07:38
2024
"ABŞ hakimiyyəti Yaxın Şərqdəki qoşunlarını və obyektlərini qorumaq üçün hər cür səy göstərəcək".
APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "CBS” telekanalının efirində deyib.
Onun sözlərinə görə, regionda baş verənlər ABŞ-a təsir edir, çünki İraq və Suriyada Amerikanın çoxsaylı qoşunu, obyektləri və gəmiləri var.