ABŞ vətəndaşlarının 70 %-i Baydeni yenidən seçilmək üçün çox yaşlı hesab edir
![](https://qlobal.az/photo/680x365/2024-06/1719522253_bb54b008-ab60-4e37-84b3-d502050a4a60.jpg?1719802184)
İyun 28
01:03
2024
Amerikalıların təxminən 70 %-i hesab edir ki, 81 yaşlı Co Bayden ABŞ prezidenti kimi öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək üçün çox qocadır.
Sorğu 20-25 iyun tarixlərində 1 225 amerikalı arasında keçirilib.
"Report” xəbər verir ki, bunu "The New York Times” və "Siena College” Araşdırma İnstitutunun birgə keçirdiyi sorğunun nəticələri göstərir.
Araşdırmaya görə, respondentlərin 69 %-i Baydenin yaşının onun effektiv lider olmasına mane olması ilə tam razılaşıb, amerikalıların 45 %-i isə hazırkı prezidentin yaşının çox ciddi problem olduğunu və onun ümumiyyətlə işinin öhdəsindən gələ bilməyəcəyini bildirib.
Sorğu onu da göstərib ki, seçkilər indi keçirilsəydi, seçicilərin 48 %-i 78 yaşlı Donald Trampa, 42 %-i isə Baydenə səs verərdi.