ABŞ vətəndaş müharibəsinin astanasında - Xalqın üçdə ikisi narahatdır
Oktyabr 25
13:00
2019
Amerika xalqının üçdə ikisi ölkənin vətəndaş müharibəsinə sürükləndiyini düşünür.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə keçirilən bir ictimai rəy sorğusuna əsasən gəlinib. Corctaun Siyasi və Dövlət Xidməti İnstitutu 6-10 oktyabr tarixlərində qeydə alınmış min seçici ilə ölkənin gələcəyindən nə gözlədikləri ilə bağlı verilən cavabların nəticələrini açıqlayıb.
Rəyi soruşulanların 90 faizi "kobud və təhqiredici" deyə təqdim etdiyi siyasətçiləri siyasi ayrıseçkiliyin səbəbi olaraq gördüyünü, sadəcə adlarının fərqli olduğunu bildirib.
Respublikaçılar Partiyasının seçiciləri Demokrat siyasətçilər, eyni zamanda sosial media, milli qəzetlər, CNN və MSNBC kimi televiziya kanallarını siyasi ayrıseçkiliyin cavabdehi olaraq göstərdiyi halda Demokratik Partiya seçiciləri ABŞ Prezidenti Donald Tramp, Respublikaçı siyasətçilər və "Fox News”u günahlandırıblar.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə keçirilən bir ictimai rəy sorğusuna əsasən gəlinib. Corctaun Siyasi və Dövlət Xidməti İnstitutu 6-10 oktyabr tarixlərində qeydə alınmış min seçici ilə ölkənin gələcəyindən nə gözlədikləri ilə bağlı verilən cavabların nəticələrini açıqlayıb.
Respondentlərin 67 faizi ölkədə vətəndaş müharibəsinin baş verə biləcəyi ilə bağlı suala: "ABŞ vətəndaş müharibəsinin astanasındadır”, - deyə cavab verib.
Amerikalıların əksəriyyəti ölkə daxilində siyasi, etnik və sinif bölgüsünün getdikcə dərinləşdiyinə inanır.