ABŞ və Ukrayna arasında minerallar haqqında sazişin imzalanması ləğv edilib - Ağ Ev

Mart 01
00:17
2025
ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski Vaşinqtonda keçirilmiş qalmaqallı görüşdən sonra faydalı qazıntılar haqqında saziş imzalamayıb.
"Report” "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.
"Tramp Zelenski tərəfindən onun ritorikası və davranışına görə hörmətsizlik hiss edib”, – agentliyə rəsmi bildirib.