SON XƏBƏR

ABŞ və qondarma rejim dostluğu

Noyabr 21
09:08 2015
Qondarma Dağlıq Qarabağ Respublikasının "baş naziri” Arayik Harutyunyan ABŞ -a işgüzar səfərə gedib.
 
Ermənistan KİV-lərinin verdiyi məlumata görə, Harutyunyan ABŞ-da erməni məktəblərini və Ermənistanın Los Angeles-dəki baş konsuluğunu ziyarət edəcək. NEWS.am saytının məlumatına görə, Arayik Harutyunyan ABŞ-a səfəri çərçivəsində Erməni Apostol Kilsəsi, erməni siyasi partiyaları və digər ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.
 
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında Arayik Harutyunyanın ABŞ-a səfərinin araşdırılacağını bildirdi.
 
"Bu səfərin hansı əsasla həyata keçirilməsi məsələsinin araşdırılması üçün Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin ABŞ-dakı səfirliyinə təlimatlar veriləcək. Məsələ araşdırıldıqdan sonra ABŞ tərəfinə Azərbaycanın ciddi narahatlığı çatdırılacaq”.
 
ABŞ-ın Azərbaycandakı Səfirliyindən isə bildirdilər ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook